Zülfiyyə Akdağ 2012-ci ildən Azərbaycan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Türkiyə təmsilçisidir. Deyir ki, uzun illər müəllim kimi fəaliyyət göstərib. 50 universitetdə əsir düşmüş qadınlarla bağlı konfrans keçirib. 2019-cu ildə İstanbulda erməni kilsəsinin qarşısında təkbaşına pankart açaraq onlara etirazını bildirib. Fransız, ingilis və erməni dilində pankart təqdim edib. Z.Akdağ “Gözlərim yol çəkər, Qarabağ” kitabında sovet dövründəki və ondan sonrakı Qarabağı təsvir edib. Ziya Şahin “Karabağda Savaşan Kadınlar” kitabında ondan bəhs edib. Kitab ABŞ-də ingilis dilinə tərcümə olunur. O, “Günəş” təxəllüsünü Azərbaycanın simvolu olaraq götürdüyünü bildirir. Deyir ki, günəş qədim Azərbaycanın simvoludur. Günəşi Azərbaycanla yenidən bir araya gətirmək istədim.
Həmyerlimiz 31 mart 2024-cü ildə Türkiyədə keçiriləcək bələdiyyə seçkisində Məmləkət partiyasından İstanbulun 240 min əhalisi olan Silivri rayonunun bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb. Belə ki, o Silivri bölgəsində 25 ildir yaşayır. Buranın müxtəlif məktəblərində dərs deyib, insanları tanıyıb. Məmləkət partiyası onu namizəd olaraq irəli sürüb.
Zülfiyyə xanım deyir ki, əgər bələdiyyə seçkisində qalib olarsa Ağdamla Silivrinin qardaşlaşmış rayon olaraq görmək istəyərəm. Çünki Ağdamda da 240 min soydaşımız yerləşdiriləcək.
Hazırladı: Mina RƏŞİD