BQXK-ya məxsus tibbi yardım maşınları Qarabağdan 15 xəstəni Ermənistana aparıb.
Eyni zamanda, Ermənistanın tibb mərkəzlərinə müalicəyə göndərilmiş 16 nəfər bu gün ərzində onları müşayiət edən şəxslərlə Xankəndiyə qaytarılacaq.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb. Buna baxmayaraq, ərazidə baş verənlər onu göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir. (APA)