Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov jurnalistlərə açıqlamasında bildirib.
R.Həsənov deyib ki, ermənilər sözügedən saxtalaşdırılmış faktları xarici mediaya təbliğ etməyə çalışırlar.
“Biz bu tarixi həqiqətləri ensiklopedik bir kitabla ortaya qoyduq. Bu kitablara ən böyük reaksiyalar da erməni alimlər, erməni diasporu, xarici universitetlərdə çalışan erməni mütəxəssislər tərəfindən verilir. Bu onu göstərir ki, həqiqət işıq üzü gördükcə həyata keçirilən iş bir çox qüvvələri narahat edir”, - deyə R.Həsənov vurğulayıb. (AZƏRTAC)