19.10.2024, 20:45
AZ EN
16.02.2024, 09:19 329

Ana, mənimlə fəxr edəcəksən…

XƏBƏRLƏR
  • Əfqan evə gələndə elə bil bayram olurdu. Hamının üzünü güldürməyi bacarırdı. Hərbi xidmətini başa vurmağa cəmi 63 gün qalmış bir əsgər kimi Vətən müharibəsində qəhrəmanlıqla savaşaraq şəhadətə ucaldı. İndi anası ondan danışanda yenə üzünə bir fərəh, təbəssüm qonur. Əfqan anasına zəng edəndə deyirdi ki, ana, mənimlə fəxr edəcəksən…  

Bu gün qəhrəman şəhidimiz, əsgər Əfqan Hüseyn oğlu Axundovun doğum günüdür. O, 2000-ci il fevralın 16-da Salyan şəhərində anadan olub. Ailədə bir qardaş, bir bacı olublar. Əfqan 2015-ci ildə Salyan şəhər 1 saylı humanitar məktəbin 9-cu sinfini bitirərək, Dənizçilik Kollecinə daxil olub. Əfqan 2019-cu ildə Dənizçilik Kollecini bitirərək hərbi xidmətə yollanıb. Tərtərdə qulluq edib.

Əsgər Əfqan Axundov hərbi xidmətini başa vurmağa iki ay qalmış İkinci Vətən Müharibəsi başlayıb. O, bir əsgər kimi Vətənin müdafiəsinə qoşulub. Suqovuşan uğrunda gedən döyüşlərdə gənc əsgər mərdliklə vuruşub.

Oktyabrın16-da Əfqan Axundov qızğın döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Onun nəşi bir müddət tapılmayıb. Nəhayət şəhidimizin nəşi tapılaraq ailəsinə təhvil verilib.

Oktybarın 29-da şəhid Əfqan Axundov böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Axundov Əfqan ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər