"Vətən səsi" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin ötən ilin nəticələrinə dair hazırladığı statistik təhlillərdə qeyd olunur. Həmin hesabata əsasən, son bir ildə ölkə üzrə hotellərin xərclərində 31 faiz artım baş verib. Ayrı-ayrı rayonlar üzrə xərcləri daha çox artan hotellər arasında olk üçlükdə Göygöl, Şuşa, İsmayılı aərarlaşıb. Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin çəkdikləri xərcin dinamikası üzrə hesablamalar göstərir ki, 2023-cü ildə əvvəlki illə müqayisədə Göygöl rayonunda bu artım 6,2 dəfə, Şuşada 2,8 dəfə, İsmayıllıda isə 2,3 dəfə artıb.
Bu sırada növbəti yeri Ağcabədi rayonundakı hotelər tutur. Tovuz və Şəmkirdə isə əksinə, xərclərdə azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsi ötən il Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin məhsul və xidmət istehsalına çəkdikləri xərcləri də hesablayıb. Məlum olub ki, ölkə üzrə hotellər müştərilərinə xidmət göstərmək üçün 390 milyon 95 min manat xərc çəkib. Bakı şəhərində yerləşən hotellərdə məhsul və xidmət istehsalına çəkilən xərclər 227,4 milyon manat, Qusarda 27,3 milyon manat, Qubada isə təqribən 19 milyon təşkil edib.
Naftalan şəhəri bu siyahıda dördüncü, Şuşa hotelləri isə beşinci pillədə olub. Ən az xərc çəkən hotellər isə Ağsu (22,6 milyon manat) və Daşkəsən rayonlarının hotelləri (46 milyon manat) olub.
Elxan SALAHOV