Bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev vətəndaşları qəbul edib. Fərdi qaydada keçirilən qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.
Mina RƏŞİD