İşğaldan azad olunmuş və hazırda yenidən qurulan Laçında bərpa və tikinti layihələrində işləmək istəyənlər üçün yeni vakansiyalar elan olunub.
"Vətən səsi" xəbər verir ki, "UNI Construction" şirkəti Şuşa şəhərində həyata keçiridiyi bərpa və yenidənqurpa layihələrində çalışmaq üçün müxtəlif vəzifələr işçilər axtarır. Buraya, layihə rəhbəri, mühəndis, bekoloder və ekskavator sürücüsü, tikintiyə texniki nəzarətçi və digər peşələr üzrə ixtisaslı təcrübəli kadrlar daxildir.
Əməkhaqqı isə vakansiyalara çıxarılan vəzifələrdən və işin həcmindən asılı olaraq dəyişir. Məsələn, şorkət hazırda SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) mühəndisliyi ixtisası üzrə mütəxəssislərə daha çox ehtiyac duyur.
Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək kimi vəzifə öhdəlikləri daşıyacaq şəxslərə 1700 manat əməkhaqqı təklif olunur. Üstəlik Laçın rayonu ərazisində işləyən əməkdaşlara korporativ nömrə verilir, gün ərzində 3 dəfə qidalanma və yaşayış yeri ilə təminat müəssisə tərəfindən qarşılanır. Seçim zamanı yaş həddi 25-40 arasında olan bakalavr təhsili almış, 2-3 il iş təcrübəsinə malik namizədlərə üstünlük veriləcək.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Uni Construction” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb. Müqavilədə Şuşa şəhərində yeni məscid kompleksinin tikintisi ilə əlaqədar 6 ədəd beşmərtəbəli binanın, “Parlament” binasının və mədəniyyət evinin sökülməsi, ərazinin tikintiyə hazırlanması və abadlıq işlərinin aparılması nəzərdə tutulur.
Elxan SALAHOV