Bunu Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasında yaradılmış 105 saylı seçki məntəqəsində səs verən Şuşa sakini Elşən İsmayılov deyib.
“Şuşa şəhərində fəaliyyət göstərən modul tipli xəstəxananın təcili yardım briqadasında işləyirəm. Seçki məntəqəsinə böyük ruh yüksəkliyi ilə gəlib, istədiyim namizədə səs verdim. Məntəqədə səsvermə üçün yaradılan şəraitdən razıyam. Qoy, bu seçki xalqımız və dövlətimiz üçün uğurlu olsun”, – deyə şuşalı seçici bildirib. (AZƏRTAC)