22.11.2024, 07:29
AZ EN
06.02.2024, 16:58 306

18 yaşlı Xocalı sakini: “Fəxr edirəm ki, ilk dəfə iştirak etdiyim seçkilər doğma Qarabağımızda da keçirilir”

XƏBƏRLƏR
  • “18 yaşım təzəlikcə tamam olub və fevralın 7-də seçkilərdə ilk dəfə səs verəcəyəm. Səsvermə hüququmdan istifadə etmək arzum reallaşdığı üçün çox həyəcanlıyam. Odur ki, bu seçkilər mənim yaddaşıma həmişəlik həkk olunacaq”.

“Vətən səsi” xəbər verir ki, bu sözləri “secki-2024.az” saytına açıqlamasında Xocalı rayon sakini, Mingəçevir Tibb Kollecinin 1-ci kurs tələbəsi Səbuhi Hümbətov deyib.

O, həmçinin 7 fevral – Azərbaycan Respublikası Prezidenti seçkilərinin müstəqil Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi baxımından da bir ilk olduğunun sevincini yaşadığını vurğulayıb: “Mən ata-babamın doğam yurdu olan Xocalıdan uzaqda dünyaya gəlmişəm. Ancaq həmişə ən böyük arzum nə vaxtsa o torpaqlarımızın erməni işğalından azad edilməsi, bizim ora qayıtmağımız olub. Həm də buna görə fəxr edirəm ki, 7 fevral – prezident seçkiləri Azərbaycanın hər yerində olduğu kimi, Qarabağımızda da, mənim doğma Xocalı rayonumda da keçirilir. Mən bütün gəncləri bir nəfər kimi bu tarixi Zəfər seçkilərində iştirak etməyə səsləyirəm”. 

S.Süleymanova

Oxşar xəbərlər

SON XƏBƏRLƏR