20.10.2024, 16:59
AZ EN
17.10.2024, 13:59 220

Qarabağ Universiteti və ABB arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

XƏBƏRLƏR
  • Qarabağ Universitetində keçirilən tədbirdə sənədi Qarabağ Universitetinin rektoru Şahin Bayramov və ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov imzalayıb.

Razılaşma sənədinə əsasən, Universitetin ən yüksək təhsil nailiyyətləri olan 30 xanım tələbəsinə Qarabağda təhsilin və mədəniyyətin inkişafına böyük töhfələri olmuş görkəmli şairə Xurşidbanu Natəvanın şərəfinə “Natəvan təqaüdü” veriləcək.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə çıxış edərək Universitetə qəbul olan tələbələrin göstəricilərinin yüksək olduğunu, buna adekvat olaraq akademik və inzibati heyətin təhsil səviyyəsinin yüksək olmasına xüsusi diqqət göstərildiyini vurğulayıb. Rektor dövlət başçısı tərəfindən qarşısına böyük strateji hədəflər qoyulan Universitet üçün bu cür tərəfdaşlıqların zəruri olduğuna da diqqət çəkib.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Qarabağ Universitetinin ilk tərəfdaşı olmaqdan məmnunluq duyduğunu ifadə edərək bildirib ki, Qarabağı, Şərqi Zəngəzuru elm-təhsil, innovasiyalar məkanına çevirmək hamımızın birgə missiyamızdır.

Qeyd edək ki, Qarabağ Universitetinin tələbələri üçün ABB tərəfindən yay tətili dövründə Bankın Xankəndi filialında və digər filiallarında, eyni zamanda, Baş ofisdə təcrübə proqramları təşkil olunacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər