Məlum olduğu kimi, 2017-ci ilin iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı qəsəbəsində yaşayan dinc əhali 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulmuşdu.
Düşmən hücumunun qurbanlarından biri də hələ təzə-təzə ayaqları üzərində dayanmağa başlayan 18 aylıq Zəhra Quliyeva və onun 1967-ci il təvəllüdlü nənəsi Allahverdiyeva Sahibə İdris qızı olmuşdur.
Ermənilərin Alxanlıda törətdiyi bu qanlı cinayət dünya ictimaiyyyətinin kəskin qınağına səbəb olsa da, təəssüf ki, düşməni cəzalandırmaq üçün heç bir tədbir görülmədi. Amma Müzəffər Ordumuz 44 günlük müharibədə həm torpaqlarımızı işğaldan azad etdi, həm də şəhidlərimizin qisasını aldı.
İndi bütün şəhidlərimiz kimi onların da ruhu şaddır.
TAHİRƏ