"Vətən səsi" xəbər verir ki, bu fikirləri “secki-2024.az” saytına açıqlamasında Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Gültəkin Əsgərovanının qızı Əminə Axundova deyib.
O bildirib ki, Azərbaycanda 2024-cü il prezident seçkiləri ili olduğuna görə, bu il çox mühüm ildir: “Çünki ölkə əhalisinin rifahı xalqın düzgün seçimindən asılıdır. Biz bu qürurumuzu dövlət-xalq-ordu birliyinə borcluyuq! Əminəm, qalib xalqın nümayəndələri olaraq, fevralın 7-də keçiriləcək seçkilərdə yenə bir yumruq kimi birləşib, doğru namizədə səs verəcəyik ki, qələbə və nailiyyətlərimiz davamlı olsun. Qələbəmiz, seçkilər və əminəm ki, onların nəticələri Azərbaycan tarixinə və xalqımızın qəlbinə qızıl hərflərlə əbədi olaraq yazılacaq”.
S.Süleymanova