21.09.2024, 10:35
AZ EN
15.01.2024, 11:00 290

“Heydər Əliyev İli. Nəşrlər və tədbirlər” adlı kataloq çap edilib

XƏBƏRLƏR
  • “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Ulu öndərin zəngin siyasi irsinin, çoxcəhətli fəaliyyətinin öyrənilməsi və təbliği məqsədilə çap olunmuş əsərlər və ilboyu AMEA-da dahi liderə həsr edilən tədbirlərə dair “Heydər Əliyev İli. Nəşrlər və tədbirlər” adlı kataloq nəşr olunub.

“Elm” nəşriyyatında işıq üzü görmüş toplunun layihə rəhbəri AMEA-nın prezi­denti akademik İsa Həbibbəylidir. Kata­loqu tərtib edən Akademiyanın Humani­tar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı, nəşrin məsul redaktoru isə İctimai Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəl­səfə doktoru Zümrüd Mənsimovadır.

Kataloqun ilk səhifəsində Prezident İlham Əliyevin “Azərbaycan Respublika­sında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı öz əksini tapıb.

“Heydər Əliyev İli” çərçivəsində AMEA Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər Bölmələrinin elmi müəs­sisələri, Mərkəzi Elmi Kitabxana, Nax­çıvan və Gəncə bölmələri, həmçinin di­gər qurumlarda çap olunmuş nəşrlərin, jurnalların xüsusi buraxılışlarının, elmi konfrans, sessiya, seminar və sərgilərin siyahısı və fotoqalereyası kataloqa daxil edilib. Həmçinin AMEA əməkdaşlarının “Heydər Əliyev İli”nə həsr etdikləri rəsm əsərləri də oxuculara təqdim olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər