24.04.2025, 09:32
AZ EN
12.01.2024, 09:48 363

Şıxıyevlər ailəsi Cəbrayıla köçəcəkləri günü səbirsizliklə gözləyirlər

XƏBƏRLƏR
  • Bu xəbəri Şıxıyevlər ailəsi çoxdan gözləyirdilər. Əslən Cəbrayıldan olan, 90-cı illərin əvəllərində Vətən uğrunda savaşan doğma torpağının hər qarışını əzbər bilən Surxay Şıxıyev öz yurduna dönəcəyi günü səbirsizliklə gözləyir, keçmiş günləri isə belə xatırlayır: “Biz o vaxtı turbanı elə düzəltdirirdik ki, içinə qrat qurğusu qoyub içinə atırdıq, yəni çox çətin bir vəziyyət idi. Ondan sonra da vəziyyət daha da pisləşdi, evimizi tərk etmək məcburiyyətində qaldıq, heç nə götürə bilmədik. Bircə əlimdən gələn o oldu ki, ailəmi salamat çıxarda bildim”. Bunu Surxay Şıxıyev "İTV Xəbər”ə danışıb.

Nə başlarının üzərindən keçən güllələr, nə də qarşılarına çıxan düşmən Şıxıyevləri qorxudub. Onlar təhlükənin düz mərkəzində olsalar da,  Vətəni qoyub getmək ağıllarına belə gəlməyib.

Səfiyə Şıxıyeva danışır ki, bir dəfə 24 qrat atdılar, qrat atılanda əvvəlcə heç qorxmurduq, çıxırdıq həyətdan baxırdıq ki, Şeyat deyilən hündür yer vardı, ziyarət dağı, ordan atırdılar. Dörd uşağımız vardı. Bir dəfə yenə atdılar, yoldaşım da evdə yox idi. Uşaqların dördünü də qucağıma basdım ki, onlara bir şey olmasın. O hadisə heç vaxt yadımdan çıxmır.

Şıxıyevlər evlərini məcbur qalıb tərk etsələr də evin açarını, sənədlərini bu günə kimi saxlayıblar. Bir gün ağlayaraq çıxdıqları evə gülə-gülə dönəcəkləri günə əmindilər.

Surxay dayı danışır ki, biz evin qapılarını bağlayanda  fikirləşmirdik ki, bir dəfəlik burdan çıxırıq. Bunu sözlə ifadə etmək çox çətindi,  bunu necə deyim bilmirəm, bizim başıaşağılığımızı, töhmətimizi, harasa gedəndə, kiminsə üzünə dik baxa bilməməyimizi Cənab Prezidentimiz aradan qaldırdı şanlı Ordusunun torpaqlarımızı düşmən işğalından azad edib qalib gəlməsiylə.

Qəmli keçmişi yada salmaq çətindi, lakin haqq-ədalət öz yerini tapıb. Vaxtilə dəhşət içində öz yurdunu tərk edən cavan ailə bu gün  o yurda nəvəli böyük ailə kimi qayıdacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər