22.11.2024, 10:33
AZ EN
11.01.2024, 13:27 289

“Anam - kəlağaydı, kəlağay - anam...” kitabı çap edilib

XƏBƏRLƏR
  • 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarasi Komitəsinin doqquzuncu sessiyasında “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentaiv Siyahısına daxil edilmişdir. Bu əlamətdar günlə əlaqədar olaraq hər il ölkəmizdə 26 noyabr “Azərbaycan Kəlağayısı Günü” kimi qeyd olunur.

2024-cü il bu əlamətdar hadisənin 10-cu ildönümüdür. Bununla əlaqədar olaraq Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə “Anam - kəlağaydı, kəlağay - anam...” kitabı çap edilib.

Qeyd edək ki, kitab İctimai Birliyin dəstəyi ilə kəlağayıya həsr olunan və onu təbliğ edən dördüncü kitabdır. Bundan əvvəl milli baş örpəyimiz kəlağayının mədəniyyətimizdə, mənəviyyatımızda, şərəfli tariximizdə, xalqımızın dünyagörüşündə, adət-ənənələrində önəmli yer tutmasından  bəhs edən “Azərbaycan kəlağayısı - min illərin yadigarı”, “Kəlağayı əlvan, qıyqacı”, “Anam kəlağaylı bir muğamıydı...” kitabları işıq üzü görüb.

“Anam - kəlağaydı, kəlağay - anam...” kitabının tərtibçisi və toplayanı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və şəxsi “Kəlağayı Muzeyi”nin direktoru şair, publisist Güllü Eldar Tomarlı, redaktoru ədəbi tənqidçi, araşdırmaçı yazar Vaqif Osmanlı, məsləhətçilər Xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi və Prezident Təqaüdçüsü Tərlan Musayeva, rəyçi İctimai Birliyin sədr müavini Vüsal Sehranoğludur. Kitaba ön sözü Xalq şairi Nəriman Həsənzadə yazıb.

Kitaba ənənəyə sadiq qalaraq klassik və çağdaş Azərbaycan, həmçinin xarici dövlətlərdə yaşayan və fəaliyyət göstərən xalqımızın şair, yazıçı, elmi araşdırmaçı, publisist, aşıqlarının, Azərbaycanın tanınmış qadınlarının kəlağayıya həsr olunmuş şeirləri, hekayələri, elmi yazıları, düşüncələri daxil edilib.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR