19.12.2024, 15:58
AZ EN
09.01.2024, 17:36 288

Xatirə Vəliyeva: Bu seçki Azərbaycanlıların birlik, Qələbə və Zəfər seçkisidi

XƏBƏRLƏR
  • 7 fevralda keçiriləcək prezident seçkiləri bir çox tarixi ilklərlə fərqlənir.

Müstəqil Azərbaycan dövlətçiliyinin tarixində ilk dəfə prezident seçkiləri tam formada suveren ölkəmizin bütün ərazisində keçiriləcək.  Azad edilmiş torpaqların əsil sahibləri öz doğma yurdlarında- Xankəndində, Kəlbəcərdə, Şuşada, Qubadlıda, Laçında, Ağdamda, Füzulidə - bütün Qarabağda konstitusion hüquqlarından ilk dəfə istifadə edəcəklər.

“7 fevral Prezident seçkiləri günüdü. 35 ildən sonra ilk dəfə olaraq Xankəndində Prezident seçkiləri keçiriləcək. Orda 14 saylı məntəqə yaradılıb. Seçki prosesinin ədalətli, şəffaf keçirilməsi üçün mühüm hazırlıqlar görülür. QHT rəhbəri olaraq seçkidə, Ali Baş Komandanın təbliğat kompaniyasında yaxından iştirak edəcəm. Bizim İctimai Birlik Azərbaycan xalqının tarix boyu yetişdirdiyi mükəmməl lider Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəkləyir və hər bir üzvümüz seçkidə iştirak etmək üçün qeydiyyatda olduğu ərazidə səs verəcəyi məntəqənin ünvanını müəyyənləşdirib”.

Bunu “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva mətbuata açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, Azərbaycan xalqının istəklərini doğruldan, öz yurduna geri dönənlərin duyğularına şərik olaraq kövrələn Vətən Oğluna səs verəcəyik: “O, 20 il ərzində xalqı ilə bərabər zamanın dolanbaclarından keçən, məğlubiyyət sindromuna əzmi və iradəsi ilə qalib gələn, dünyanın haqsız ədalətsizliyinə savaş açan və qalib gələn Sərkərdədir! Bu seçki Azərbaycanlıların birlik, Qələbə və Zəfər seçkisidi”,- deyə X.Vəliyeva vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər