28.03.2024, 17:47
AZ EN
27.10.2022, 15:05 490

“Zəfər Liqası” futbol turnirinin püşkü atılıb

XƏBƏRLƏR

Azərbaycan Gənclər Fondu və AFFA-nın dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan könüllüləri arasında 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş "Zəfər Liqası" futbol turnirinin püşkü atılıb.

İttifaqdan  bildiriblər ki, AKTİ-nin ofisində keçirilən püşkatma mərasimində Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, turnirdə mübarizə aparacaq müxtəlif dövlət qurumlarını təmsil edən könüllü təşkilatlarının nümayəndələri və komanda kapitanları iştirak ediblər.

Üzv təşkilatların könüllülərindən ibarət 10 komanda arasında qrup bölgüsü püşkatma yolu ilə təyin edilib.

Püşkatmanın nəticəsinə uyğun olaraq A qrupunda “Regional İnkişaf” İctimai Birliyi, Baku City Circuit Volunteers, “Gənc Könüllülər” İctimai Birliyi, “Könüllü DOST” Proqramı, B qrupunda “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Event Volunteer Service” Könüllüləri, C qrupunda “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı, "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “ASAN Könüllüləri” Təşkilatının komandaları yer alıblar.

Qeyd olunub ki, 8 Noyabr - Zəfər Gününə həsr olunan “Zəfər Liqası” turnirində komandalar 3 qrupda mübarizə aparacaq.

AZƏRTAC

Oxşar xəbərlər