08.09.2024, 08:00
AZ EN
26.06.2022, 12:55 323

Vətən müharibəsi şəhidi Həsən Bayramovun əziz xatirəsi doğum günündə dərin ehtiramla anılıb

XƏBƏRLƏR
  • Göyçay rayonunun İkinci Qarabağ - Vətən müharibəsi şəhidi Bayramov Həsən Ağaisa oğlunun əziz xatirəsi doğum günündə dərin ehtiramla anılıb.

Şəhidin ailəsini ziyarət edən 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev

ailəyə başsağlığını bildirilərək şəhidimizin ruhunu hüznlə yad edib. Ziyarət zamanı İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.

Yaşasaydı Həsənin 21 yaşı tamam olacaqdı. Şəhid Bayramov Həsən Ağaisa oğlu Göyçay şəhərində ziyalı ailəsində anadan olub.

Göyçay Peşə Liseyini bitirdikdən sonra həqiqi hərbi xidmətini 2019-cu ilin iyulunda Goranboy rayonunun “N” saylı hərbi hissəsində başa vurmuşdur. 2020-ci il sentyabrın 27-si başlanan Vətən müharibəsinə yollanan Həsən torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. O, oktyabrın 1-də Suqovuşanın azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Bayramov Həsən ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. (AZƏRTAC)

Oxşar xəbərlər