Nazirlikdən verilən xəbərə görə, Vətən müharibəsində şərəfli döyüş yolu keçən Vasif Quliyev Füzuli rayonunun Seyidəhmədli kəndi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Müharibədən əvvəl də Vasif Quliyev baş çavuş olaraq daim qüsursuz fəaliyyəti ilə seçilib, bir sıra medallara layiq görülüb.
Şəhidin ailəsi ilə görüş övladları 11 yaşlı Uğur və 10 yaşlı Yağmurun ad günləri ərəfəsinə təsadüf edib və Hidayət Abdullayev onları təbrik edib.
Bildirilib ki, bütün şəhid ailələri kimi, şəhid Vasif Quliyevin ailəsi də dövlətin sosial dəstək tədbirləri ilə əhatə olunub və ailə müvafiq sosial ödənişlərlə təmin olunur.
Görüşdə Vasif Quliyevin həyat yolundan, döyüşlər zamanı göstərdiyi şücaətlərdən bəhs olunub. Onun və bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Nazir müavini şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailənin bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağını bildirib. (APA)