22.11.2024, 19:55
AZ EN
22.12.2023, 11:38 260

Vətən üçün doğulmuşam

XƏBƏRLƏR
  • “Bu gün fəxrlə deyə bilirik ki, biz azərbaycanlıyıq. Mən balamla fəxr edirəm, həm də onun kimi oğullarımızla qürur duyuram”, bu sözləri İkinci Vərtən Müharibəsinin qəhrəman şəhidi Barat Quliyevin anası söyləyir. Şəhid anası onu da deyir ki, balamın doğum günü onsuz keçirilsə də, elə bilirəm ki, bu gün oğlumun toyudu, o mənim qəlbimdə yaşayır. Mən nədənsə narahat olanda Barat deyirdi ki, ana, mən təkcə Sizün üçün yox, həm də Vətən üçün doğulmuşam...

Vətən Müharibəsinin şəhidi, müddətdən artıq hərbi qulluqçu Barat Nizami oğlu Quliyev 1991-ci il dekabrın 22-də Beyləqan şəhərində anadan olub. 1999-2010-ci illərdə orta təhsilini Beyləqan şəhər 3 nömrəli tam orta məktəbdə alıb.
2010-cu il oktyabrın 12-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Suraxanıda yerləşən hərbi hissədə keçirib. 2012-ci ildə xidmətini layiqincə başa vurub.

Barat Quliyev 2014-cü ildə MAXE kimi yenidən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə daxil olub. O, Silahlı Qüvvələrdə manqa komandiri kimi çalışıb.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Barat Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərə qatılıb.

Barat Quliyev sentyabr 29-da Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Barat Quliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", İgidliyə görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər