Tədbirdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsində xalqımızın Ulu Öndəri Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, zəngin siyasi təcrübəsi, müdrik üzaqgörənliyi, möhkəm iradəsi, xalqına, Vətəninə hədsiz sevgisi sayəsində ölkəmizi ötən əsrin 90-cı illərində xaos və anarxiyadan davamlı inkişaf yoluna çıxaran Ümummilli Lider bugünkü güclü Azərbaycanın möhkəm özüllərini yaratmış oldu. (APA)