Bunu dekabrın 14-də Bakının Qaradağ rayonundan doğma yurduna yola salınan keçmiş məcburi köçkün, Laçın şəhər sakini Hümbət Vəliyev deyib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad etdiyini xatırladan keçmiş məcburi köçkün doğma elinə-obasına qayıtdığı üçün sevincinin hədsiz olduğunu diqqətə çatdırıb. Vətən uğurunda canını və qanını əsirgəməyən qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyən H.Vəliyev Laçının yenidən inkişafı üçün çalışacağını deyib. (AZƏRTAC)