Görüşdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak edib.
Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik olunması, məcburi köçkün statusu, Zəngilan rayonuna səfər və digər məsələlər barədə olub. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Mina RƏŞİD