24.04.2025, 22:48
AZ EN
22.11.2023, 09:03 354

Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır

XƏBƏRLƏR
  • Noyabr ayının 22-si Ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub.

Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, qazanılan nailiyyətlər Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsi olmaqla dövlətimizin başçısının ədliyyə və məhkəmə fəaliyyətinə göstərdiyi xüsusi diqqət və qayğının real təzahürüdür.

Azərbaycan Respublikasında aparılan hüquq islahatları müasir hüquq və idarəetmə sisteminin qurulmasına və hüquqi münasibətlərin modernləşdirilməsinə yönəlmiş demokratik inkişafın ayrılmaz hissəsdir. Bu islahatlar Konstitusiya müddəalarını reallaşdıraraq, cəmiyyətin hüquqi əsaslarının və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir.

Bu gün keyfiyyətcə daha yeni, daha səmərəli fəaliyyət mərhələsinə qədəm qoymuş məhkəmə-hüquq islahatları ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və ədliyyə orqanlarının inkişafına yönəlib.

Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulmasının təməlində möhkəm ədliyyə sistemi dayanır. Möhkəm ədliyyə sisteminin yaradılması isə əzm və iradə tələb edir. Burada əsas məqsəd cəmiyyətdə insanların bütün hüquqlarına hörmətlə yanaşılmasını, açıq vətəndaş cəmiyyətinin yaradılmasını və inkişafını təmin etməkdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər