17.12.2025, 12:18
AZ EN
17.12.2025, 08:54 109

Qarabağ Universiteti gənc tədqiqatçılarla elmi platformada fəal iştirak edir

XƏBƏRLƏR
  • Elm və təhsilin inteqrasiyası, gənc tədqiqatçıların təşviqi və ölkənin elmi potensialının gücləndirilməsi istiqamətində mühüm tədbirlərdən biri olan Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) bu il “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Konfransın təşkilatçıları — Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir (ADNSU).

Bu nüfuzlu elmi platformada Qarabağ Universitetinin geniş nümayəndə heyəti də iştirak edib. ADNSU-da baş tutan açılış mərasimində Qarabağ Universitetinin nümayəndələri tədbirə qatılıb, universitetin 18 gənc əməkdaşı isə müxtəlif elmi istiqamətlər üzrə təqdimatlarla çıxış edəcək.

Konfransın 28-ci dəfə keçirilməsi və tədbirin yeni məzmun, innovativ yanaşmalarla təşkil olunması elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, Qarabağ Universiteti adından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, hörmətli Rüfət Əzizova və təşkilat komandasına təşəkkür ifadə olunur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər