02.08.2025, 12:37
AZ EN
20.11.2023, 08:00 224

Əliş Binnətov: “Zabuxla bağlı arzularım həyata keçir”

XƏBƏRLƏR
  • “Zabuxla bağlı arzularım çoxdur. İndi onlar həyata keçir".

Bu sözləri jurnalistlərə Laçın rayonu, Zabux kənd sakini, keçmiş məcburi köçkün Əliş Binnətov deyib.

O, qeyd edib ki, doğma yurdunu Ermənistanın işğalı səbəbindən tərk etməyə məcbur olub:

“Mən Zabuxu 28 yaşımda tərk etmişəm. Laçınla bağlı xatirələrim çoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun. Uca Allah cənab Prezidentimiz İlham Əliyevi qorusun”.

Artıq Ə.Binnətov Laçında işə düzəlib: “Orada bizim üçün hər cür şərait yaradılıb. Ermənilər evimizi dağıtmışdılar. Kənd yenidən qurulub, hər cür şərait mövcuddur. Çox sevinirik”. (Report)

Oxşar xəbərlər