28.04.2025, 14:34
AZ EN
17.11.2023, 14:53 233

Cəbrayıl RİH-in başçısı Hacıqabulda səyyar qəbul keçirib

XƏBƏRLƏR
  • Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov cəbrayıllı sakinlərlə növbəti səyyar qəbulunu Hacıqabul rayonu, Qızılburun yaşayış massivində salınmış köçkün qəsəbəsində keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Görüşdə icra başçısı işğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın təmin edilməsi və əhalinin köçə hazırlanması ilə bağlı geniş məlumat verərək bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın və Füzuli şəhərlərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir. Gələn ildən Cəbrayıl şəhərinə də məcburi köçkünlərin köçürülməsinə başlanılacaq.
Qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələlərdən danışıblar. Rayon rəhbəri vətəndaşları dinləyərək səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. İcra hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər