"Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, xaricdə yaşayan azərbaycanlılar digər dövlətlərin siyasi fəaliyyətinə təsir edə biləcək qüvvədir. Biz Prezident İlham Əliyevlə fəxr edirik", - Y.Təhməzov bildirib.
O qeyd edib ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycan xalqı, xüsusilə, gənclər üçün vacib olan yüksək səviyyəli tədbirdir.
"Xaricdə yaşayan gənclərimiz beynəlmiləlçilik, Vətənə sevgi ruhunda tərbiyə olunmalıdır. Buna görə, bu cür tədbirlər böyük əhəmiyyət daşıyır", - deyə o bildirib. ("Trend")