24.12.2024, 03:21
AZ EN
15.11.2023, 12:10 326

Dağ yəhudiləri dini icmasının sədri: Biz öz torpaqlarımızı azad etmişik

XƏBƏRLƏR
  • Heç bir səmavi dində təcavüzə haqq qazandırma halı yoxdur.

Bunu Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda konfransda deyib.

"Əgər bir xalqın torpaqları təcavüz yolu ilə işğal olunubsa, həmin xalqın gedib o torpaqları hərb yolu ilə azad etməsi məqbuldur, buna din də imkan verir. Biz başqa torpaqlara göz dikməmişik, biz öz torpaqlarımızı azad etmişik. İkili standartlar isə həmişə bunun əleyhinədir", - icma sədri vurğulayıb. (APA)

Oxşar xəbərlər