12.03.2025, 15:20
AZ EN
13.11.2023, 18:07 284

Bakıda saxlanılan Euljekyanın arvadı erməni diasporundan kömək istəyir

XƏBƏRLƏR

2020-ci ildəki 44 günlük müharibədən sonra Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Şişada həbs edilən Livan əsilli erməni terrorçu Vigen Euljekyanın arvadı Ermənistandan kömək istəyib. Linta İlçekean həyat yoldaşının azad olunması üçün təsirli tədbirlərin görülməsini tələb edir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki,  Linta ərinin azad olunması üçün İrəvandakı dövlət qurumlarına çoxsaylı müraciətlər etsə də, bunlar nəticəsiz qalıb. Artıq hakimiyyət orqanlarına inamını itirmiş Linta İlçekeanın yeganə ümidi erməni icmaları və diaspor təşkilatlarınadır. O, ümid edir ki, mətbuat vasitəsilə söylədikləri Ermənistan ictimaiyyətinə və diaspora birliklərinə çatacaq və onlar Vigeni xilas etmək üçün addımlar atacaqlar.

Linta İlçekean Bakıda həbsxanada saxlanılan həyat yoldaşı ilə nadir hallarda ünsiyyət saxlaya bildiyini deyib. O, ərinin səhhətindəki problemlərə görə narahat olduğunu vurğulayıb.

Xatırladaq ki, Livan ermənisi Vigen Euljekyan birgə yaşadığı Maral Nacaryan adlı digər bir qadınla 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Qarabağda saxlanılmışdı. Onlar Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol verdiyinə görə həbs olunub. Hər iki şəxsin qanunsuz erməni hərbi birləşmələrinin tərkibində Azərbaycana qarşı müharibədə iştirak etdiyi təsdiqini tapıb. Məhz buna görə məhkəmənin qərarı ilə Vigen Euljekyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılıb.

Erməni əsilli Livan vətəndaşı Maral Najaryan azad olunduqdan sonra “Şant” televiziyasına müsahibəsində ərinin könüllü döyüşçü olduğunu etiraf etmişdi.

Elxan SALAHOV

Oxşar xəbərlər