23.12.2024, 00:54
AZ EN
05.11.2023, 10:14 215

35 il öncə Xankəndidən çıxan müəllimlər, yenidən orda dərs deyəcəkləri günü səbirsizliklə gözləyirlər

XƏBƏRLƏR
  • Xankəndi şəhəri, Nizami Gəncəvi adına 4 saylı tam orta məktəb 1988-ci ildə Ermənistan silahlı qüvvələri bu rayonu işğal etdikdən sonra məktəb fəaliyyətini dayandırdı. Həmin vaxt şagird və müəllimlər ayrı-ayrı  təhsil ocaqlarına üz tutmalı oldular. Lakin 2013-cü ildə eyni adlı məktəb Bakının Ramana qəsəbəsində fəaliyyətini bərpa edib. İndi həmin məktəbdə Xankəndindən olan bir neçə müəllim vaxtilə məcburi köçkün düşən ailələrin övladlarına dərs deyir və onlar Xankəndiyə qayıdacaqları günü gözləyirlər.

Xankəndi şəhəri, Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbinin müəllim kollektivi “ARB” TV-nin onlarla bağlı hazırladığı sujetdə arzularını dilə gətiriblər.

Xankəndi şəhəri, Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi, Emilya Əliyeva 31 yaşında çıxıb doğma yurdundan. İndi 66 yaşında olan Emilya müəllimə 2013-cü ildən fəaliyyətə başlayan eyniadlı məktəbdə çalışır.

Hər dəfə Xankəndi məktəbinin adı çəkiləndə elə bilirəm ki, Xankəndinə gedilən bir yoldur Xankəndi adı, Xankəndi sözü. Hər dəfə məktəbin qapısından içəri girəndə girəcəkdə divardan asılmış  o löhfəyə baxıb sonra içəri keçirəm. Mən artıq  bu xəyalla, bu arzu ilə yaşayıram ki, mən ora gedib, orda şagirdlərə dərs deyəcəm. İstəyirəm ki, heç olmasa, necə deyərlər, qanunlar imkan verməsə də, mənə bir il möhlət versinlər, o arzumu həyata keçirmək üçün orada bicə il də olsa işləyim.

Emilya xanımın arzularından biri də Xankəndidən olan sabiq şagirdlərini elə doğma yurdda, bir sinif otağında görməkdir.

“Ən çox yadımda qalan 1-ci dəfə götürdüyüm sinif uşaqları idi. Çünki onlar mənim üçün çox əziz idi, doğma idi, “gözümün ilk ovu” kimi belə bir deyim var, bilirsiniz, bu, mənim üçün elə bir şey idi. Həmişə də yadımda qalıb onlar. Elsevər var di, sakit görünürdü, amma altan-altdan hərəkət edən idi. Füzuli var idi, Həsən var idi, onun dilində bir az qüsur vardı, həmişə danışanda danışığı ilə bizi güldürürdü. Ayxan var idi, yaxşı oxumurdu, amma gülərüz, mehriban uşaq idi. Bu uşaqların içərisində Sevda, Sevinc, Mətanət, Nazim var idi, bunlar çox sevdiyim şagirdlərim idi. İndi bircə arzum var ki, Xankəndinə qayıdım və həmin o uşaqlarımı yığım başıma, öz sinfimdə oturum. Onlarla bir dəqiqəlik,  bir saatlıqda olsa belə yenidən söhbət edim,  onların indiki simlarını görüm”.

Emilya xanımla yanaşı, məktəbdəki digər müəllimlər də Xankəndidə dərs deyəcəkləri günü səbirsizliklə gözləyirlər.

Xankəndi şəhər 4 saylı tam orta məktəbin direktoru, Cəmilə Əhmədova:

-Mənə təklif gələndə ki, sənin doğma məktəbin bu yerdə açılır, işləmək istəyərsiniz? Təsəvvür edirsiniz, dedim ki, uça-uça gedərəm. Həqiqətən də 2013-cü ildən bu məktəbə gəldim, bu məktəbdə öz fəaliyyətimizi davam etdiririk. Eləcə də mənimlə bərabər xankəndli müəllim kollektivim də burda çalışır. Çox şadam ki, bu gün artıq həmin o həsrətimiz, köçkünlüyümüz, qəribçiliyimiz sona çatdı. Allah qismət eləsin, gedim bir günlükdə olsa, iki günlükdə olsa, öz məktəbimdə fəaliyyətimə başlayıb və deyim ki, doğrudan da, artıq doğma Vətəndə  çalışırıq.

-Xankəndi şəhər, 4 saylı tam ort məktəbin müəllimi Yasəmən İsmayılova:

-Hamımız  birlikdə bütün müəllim kollektivi, Xankəndi sakinləri ilə birlikdə biz Xankəndi şəhəri, Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə öz fəaliyyətimizi davam etdirəcəyik.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər