Bunu BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva Milli Məclisdə keçirilən “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı bildirib.
O vurğulayıb ki, mina təhlükəsi davamlı inkişafa, həmçinin sülhə nail olunmasına maneə yaradır. Mina təhlükəsi nəticəsində nəinki insanlar həyatını itirir, bu təhlükə həm də torpağa, onun münbitliyinə mənfi təsir edir.
Bu sahədə ANAMA-nın işini yüksək qiymətləndirən BMT-nin rezident əlaqələndiricisi 2020-ci ildən BMT-nin təşkilat və qurumları ilə aparılan əməkdaşlıq əlaqələrindən söz açıb, xeyli işlər görüldüyünü bildirib. (AZƏRTAC)