09.05.2025, 19:44
AZ EN
03.11.2023, 16:38 411

“Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR
  • Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr Zəfər günü ilə əlaqədar “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İlk öncə Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanın uğurları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin inkişafında, ümumilikdə bütün sahələrdə qazanılmış uğurların təməlində xalqımızın ümumilli lideri Heydər Əliyevin mütləq şəkildə müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan bu gün yüksələn xəttlə inkişaf edir. Eyni zamanda Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən bəhs ediblər.

Yekunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirmişdir ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Liderin şah əsəri olan Azərbaycan onun görmək istədiyi Azərbaycandır. Bəli, Azərbaycan bu gün möhkəm təməl üzərində dastan yazmaqda davam edir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR