Builki Dünya Radio Günü “Radio və sülh” mövzusuna həsr edilib.
UNESCO-nun Baş Direktoru Odre Azule bu əlamətdar günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd edilir ki, bu il Dünya Radio Günündə radionun sülhün möhkəmlənməsinə və bərqərar olmasına töhfə vermək qabiliyyəti vurğulanır. Bir əsrdən artıq mövcud olduğu müddətdə radio özünü ünsiyyət üçün unikal alət kimi göstərmişdir. Bu, həm də UNESCO-nun COVID-19 pandemiyası dövründə radionun potensialından istifadəyə xüsusi diqqət yetirdiyini izah edir.
Radio təkcə texniki vasitə kimi deyil, eyni zamanda, demokratik müzakirənin formalaşması və möhkəmlənməsinin baş verdiyi informasiya məkanıdır. Bu gün bütün radio dinləyiciləri, audiovizual mütəxəssislər və yayımçılar təkcə radionun xüsusiyyətlərinə hörmətlə yanaşmağa deyil, həm də onun sülhü təşviq etmək üçün unikal alətə çevrilməsinə töhfə verməyə dəvət edilir. (AZƏRTAC)