01.08.2025, 00:13
AZ EN
11.08.2022, 18:45 541

Xocavənddə Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin qalıqları aşkarlanıb

XƏBƏRLƏR
  • Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR