RİH başçısı Bayram Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2023-cü il 15 oktyabr tarixində işğaldan azad olunmuş Xankəndi şəhərində Dövlət Bayrağını ucaltmağını Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirmiş, şəhid ailələrinə, müharibə əlillərinə, keçmiş məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, Şuşa rayon ərazisində aparılan abadlıq, quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Səyyar qəbulda sakinlər Şuşaya qayıdış, iş və mənzillə təminat və onları narahat edən digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Bir sıra məsələlər yerində həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Rayon sakinləri son illər işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinə, şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Mina RƏŞİD