09.06.2025, 16:34
AZ EN
01.11.2023, 11:19 428

Zərərçəkmiş: Meşəlidə cinayətləri törədənlərdən biri də Vaqif Xaçaturyan idi

XƏBƏRLƏR
  • Meşəlidə törədilən cinayətlərin başında duranlardan biri də Vaqif Xaçaturyan idi. Ermənilərin hücumu zamanı mən iki güllə yarası almışdım.

Bunu 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Salman Rəhimov söyləyib.

O bildirib ki, həmin hadisə zamanı bacısı və nənəsi də yaralanıb: “Nənəm baş nahiyəsindən ağır yaralanıb. Bundan əlavə, babam da zərər çəkib”.

Zərərçəkmişin sözlərinə görə, ermənilər avtomatlardan və digər atıcı silahlardan kəndi və insanları atəşə tuturdular. (AZƏRTAC)

Oxşar xəbərlər