23.12.2024, 04:23
AZ EN
19.10.2023, 16:52 285

Mərdəkan qəsəbəsində Laçın sakinlərinin qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində 31 nömrəli Laçın rayon tam orta məktəbinin inzibati binasında həmin ərazidə müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilmişdir.

62 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən icra başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Ali Baş Komandan İlham Əliyevin 2023-cü il 15 oktyabr tarixində işğaldan azad olunmuş Xankəndi şəhərində Dövlət Bayrağını ucaltmağını və çıxış etməyini Azərbaycan tarixinin ən qiymətli hadisəsi olduğundan danışmışdır.  

Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini bildirmişdir.

Səyyar qəbulda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə  minnətdarlıqlarını bildirmişlər.

Mina RƏŞİD

Oxşar xəbərlər