Səyyar qəbulda “Böyük Qayıdışa dair Dövlət Proqramı”na əsasən rayon əhalisinin öz doğma torpaqlarına köçürülməsi, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə danışan Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlara göstərilən sosial xidmətlər, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə də davam etdirildiyini diqqətə çatdırıb.
Görüş zamanı sakinlər onları narahat edən məsələlərlə bağlı suallarını səsləndiriblər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, digərləri isə nəzarətə götürülüb. Qəbulda iştirak edən rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tahirə AĞAMİRZƏ