22.12.2024, 22:15
AZ EN
17.10.2023, 16:05 254

Bu gün Ümumdünya Yoxsulluqla Mübarizə Günüdür

XƏBƏRLƏR
  • Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla mübarizə günü kimi qeyd olunur.

Bu günün mahiyyəti dünyada yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirməkdir.
Azərbaycanda da əhalinin yoxsulluğunun aradan qaldırılması üçün dövlət tərəfindən mühüm addımlar atılır. Ulu öndər Heydər Əliyevin 2 mart 2001-ci il tarixli sərəncamı ilə “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” qəbul edilib. Daha sonra Prezident İlham Əliyev “2015-2018-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Ölkəmizdə yoxsulluqla mübarizə sahəsində mühüm layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının həyata keçirilməsidir. Bu gün Prezident İlham Əliyev tərəfindən yoxsulluqla mübarizə əsas istiqamət elan edilərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Mina RƏŞİD

Oxşar xəbərlər