- Türkiyə Respublikasının keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı, NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu dekabrın 5-i və 6-sı Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təmin olunması” mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gəlib.
Qərbi Azərbaycan İcmasının nümayəndələri Heydər Əliyev beynəlxalq aeroportunda qonağı qarşılayıblar.
Tahirə AĞAMİRZƏ