Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, bundan başqa, arıçı fermerlər satışa 2,9 ton qaratikan balı, 2,7 ton may balı, 3,6 ton meşə balı, 705 kq dağ balı, 120 kq biyan balı çıxarıblar. Yarmarkadan, həmçinin çəmən balı, şabalıd balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr əldə etmək olar.
Ümumilikdə yarmarkaya 95 tondan çox arıçılıq məhsulları çıxarılıb. Satışa çıxarılan məhsulların 3 tona qədəri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Qeyd edək ki, arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış yarmarkası 22 oktyabr 19:00-dək davam edəcək.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (metronun “Gənclik” stansiyasının yaxınlığı) keçirilən yarmarkanın təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasıdır. (AZƏRTAC)