13.03.2025, 05:23
AZ EN
17.10.2023, 11:49 344

Xocalı sakinlərinin bayraq sevinci

XƏBƏRLƏR
  • Bundan sonra qızılı payız bzim yaddaşımızda Zəfər müjdəsi, qələbələrlə dolu bir fəsil kimi qalacaq. 2020-ci il sentyabrın 27-də başlanan Azərbaycanın Zəfər yürüşündə qazandığı möhtəşəm qələbədən sonra 2023-cü ilin bu günlərində Xankəndi, Xocalı və Ağdərədə üçrəngli bayrağımızın dalğalanması bütün dünyada yaşayan azərbaycanlıların böyük sevincinə səbəb olub. Bu böyük sevinci indi bayrağımızın qürurla dalğalandığı həmin torpaqlardan 30 ildir didərgin düşmüş insanlarımız daha böyük hərarətlə yaşayırlar.

Xocalı sakinlərindən bəziləri Baku TV ilə öz sevinclərini paylaşıblar.      

Dürdanə Ağayeva deyir ki,  mən bu xəbəri yolda eşitdim, təsadüfən sosial şəbəkəyə baxanda Xocalıya Müzəffər Ali Baş Komandanımızın bayraq sancdığını gördüm. Gözlərimə inanmadım, sanki bir yuxu görmüş kimi həyəcanlandım... Bu günlərə çox şükürlər olsun, mən böyük sərkərdəmizin Xocalıya, Xankəndinə  bayraq sancan əllərindən öpürəm. Mən bu xəbəri eşidəndə öz xəstəliyimi, dərdimi, özümü, sözümü unutdum. Çünki əlçatmayan şeyə əlin çatanda o həyəcan insanı boğur, sən çox möhtəşəm anlar yaşayırsan... Adam çaşır, görəsən həqiqətdirmi bu? Amma bu həqiqətdir!

“Gözümüz aydın olsun, Azərbaycanımızın gözü aydın olsun, millətimizin gözü aydın olsun, bu gün Xocalı şəhidlərinin ruhu şaddır”.

Elşad Ağayev: “O qədər sevindim, Allaha and olsun, az qala ürəyim dayansın. Həmişə arzulamışam, Xocalı nə vaxt alınacaq, mən nə vaxt doğma torpağıma gedəcəm? Xankəndi nə vaxt alınacaq? Uşaqlığım oralarda keçib. Mən Xocalıdan çıxanda 19 yaşım vardı.

Birinci qəbiristanlıqları gedib görərdim, sonra da dizin-dizin sürünüb o müqəddəs bayağımızı öpərdim. O bulaqlarımız, torpağımızdan ötrü nələr çəkmişik... Şükür edirəm ki,  ölməmiş gedib o torpağı – Xocalını görəcəm...

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər