19.10.2024, 16:29
AZ EN
25.09.2023, 20:24 218

O qəhrəman doğulmuşdur

XƏBƏRLƏR

İndi gözlərimizin qarşısında özü üçün mif yaradan mənfur erməni quldurları Azərbaycan əsgəri qarşısında necə də aciz, necə də şərəfsiz durumda imdad diləyir, qorxaqcasına qaçırlar. Bu böyük qələbənin əsası 44 günlük muharibədən başlayır. Həmin o Zəfərin qazanılmasında Nicat Subahan oğlu Sədrəddinovun da öz payı var. Nicat 5 mart 1997-ci ildə Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olmuşdur. Elə öz kəndlərində də 2 saylı tam orta məktəbdə təhsil almışdır. Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Tərxis olunduqdan sonra müxtəlif yerlərdə işləmişdir. Vətən müharibəsində o, da bir əsgər kimi Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüşmüşdür. Nicat Tərtər, Suqovuşanda yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Qazimiz III dərəcəli əlildir.

İsa MUSAYEV

Oxşar xəbərlər