22.06.2025, 18:06
AZ EN
25.09.2023, 15:58 284

Erməniəsilli araşdırmaçı Filipp Ekozyants ermənilərin miflərini faktlarla darmadağın edib

XƏBƏRLƏR
  • O, erməni miflərinin aparıcı füqurlarından olan İsrael Ori haqqında yazdığı kitabda ermənilərin əksər iddialarını faktkarka darmadağın edib.

Bu barədə “Belə-belə işlər” yutub kanalında bildirilib.

Araşdırmaçı qeyd edir ki, maraqlı olan odur ki, məktubları imzalayan məliklərin məhz erməni icmasına aid olduğunu təsdiq edən fakt yoxdur: “Mən məliklərə aid hadisələrlə bağlı bütün yazışmaları araşdırdığım müddətdə bir şeyə diqqət yetirdim ki, I Pyotrun dəftərxanası İsrael Orinin xahişi ilə şaha yazır. Hansında ki, I Pyotr incə və dostcasına müraciətlə şahdan hansısa  xristianları əfv etməyi də İsrael Orini Ropa Papasının elçisi kimi qəbul etməyi xahiş edir. Eyni zamanda heç yerdə qeyd edilməyib ki, İsrael Ori ermənilərin dininə aiddir. Mən güman etmirəm. Mən buna əminəm ki, Ermənistan fiziki-coğrafi regiondur. Sonralar isə bu regonun adına uyğun olaraq öz təriqətlərini yayan missionerlər belə adlandırıblar. Bununla belə Rusiyadakı Provaslav kilsəsi də,  Romadakı katolik kilsəsi də bunu “küfr” adlandırıb.Həm onlar, həm bunlar. I Pyotrda da belə yazılıb ki, onlar öz “küfr”lərini yaydığı ölkədə və belə qarışıqlıq yaranıb.Yəni bəziləri, tarixçilər və səyyahlar ümumiyyətlə, həmin ərazidə yaşayan və oranı “Ermənistan” adlandıran hər kəsi “erməni” adlandırırdılar”.

Araşdırmaçı daha sonra qeyd edib ki, İranda həmin ərazini belə adlandırmırdılar. Türkiyədə belə adlandırmırdılar: ”Yəni bu, ancaq latındilli mənbələrdir. Onlar özləri üçün belə adlandırıblar. Sonradan isə coğrafi hissəsini atıb, yalnız dini hissəsini saxlayıblar və 17-ci əsrin bütün mənbələrində qeyd edilib ki, ermənilər 17-18-ci əsrlərin dini icmasıdır.

Birincisi, mən üzərində Ermənistan yazılan qədim xəritə görməmişəm. Kolzeydəki istinad edilən xəritəni isə XX əsrdə hazırlayıblar. Bu, dizaynerlər tərəfindən hazırlanıb.Ümumiyyətlə, fərqi başa düşürsünüz?

“Ermənistan” yazırdılar. Yazılan dövlətin əyalətləri təsvir edilmirdi, yəni dövlətin bölündüyü, aydınlaşdırdığımız kimi, 1665-ci ilə qədər real müstəqil dövlətləri “əyalət” adlandırırdılar. XIV Lüdovikin fərmanı çıxana qədər hansı ki, onlara ordu saxlamağa, kral fərmanlarını müzakirə etməyi qadağan edib. Fransız dilində əyalət 1665-ci ilə qədər müttəfiq dövlətin tərkibinə daxil olan tamamilə müstəqil dövləti bildirirdi. Lüğətlərdə qeyd olunurdu ki, bütün xristian aləmi əyalətlərə bölünür. Ermənistanda erməni patriarxının hakimiyyətin  yaydığı vilayət idi. Belə də yazılıb. Özünün dini-kilsə səlahiyyətləri olan bir ərazidir. Bu, yalnız dini mənsubiyyət idi. İki ziyanı var: birincisi, bu, coğrafi ərazi idi. Latındilli coğrafiyaşünaslar belə adlandırmışdı. İkincisi isə rahiblər nəyi isə təsvir edəndə onlar xristianların erməni patriarxına tabe olduğu ərazini nəzərdə tuturdular. Yalnız dini icma və ya sektadan olanları “erməni” adlandırırdılar”.

Araşdırmaçı tərcümələrin də yalnız olduğuna diqqət çəkib: ”Yeri gəlmişkən, çox vaxrt düzgün tərcümə etmirlər. Əksər hallarda mən orjinalda  “De L  Aremenie” sözü ilə qarışdırıram.  Lakin bunu erməni kimi tərcümə edirlər. Yəni “Ermənistandan” olan. Misal üçün, Sen Marten yazır ki, “Şərqi Ermənistanda olan məliklərin Roma Papasına məktubu”. Bəs bu, rus və erməni dillərinə necə tərcümə edilib? “Erməni məliklərinin Ropa Papasına məktubu”. Anca o, “Şərqi Ermənistandan olan məliklərin məktubu” yazıb. Sadəcə belə tərcümə edirlər. Sonra da kimsə bunu götürür və deyir ki, “Biz həmişə burada yaşamışıq, bizi “erməni” adlandırıblar və buradan rədd olun”. Bu, xəstə adamdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər