24.06.2025, 05:48
AZ EN
16.09.2023, 09:00 443

Şəhid olsam, ağlamayın, qara bağlamayın...

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin şəhidi Cavad Hüseynovun doğum günüdür.

Cavad Hüseynov 1998-ci il 16 sentyabr Lerik rayonunun Çayrud kəndində anadan olub. 2016–2019-cu illərdə Lənkəran Dövlət Universitetində "Biznesin idarə edilməsi" fakültəsində oxuyub.

Cavad Hüseynov 2019-cu ildə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınıb. Orada 3 ay müddətində xidmət etdikdən sonra Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Cavad Hüseynov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində vuruşub, düşmən qüvvələrinin məhv edilməsində şücaət göstərib. Cavad Hüseynov oktyabrın 17-də Suqovuşan ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 18 noyabrda Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavad Hüseynov "Vətən uğrunda" medalı ilə təltif edilib.

Cavadın ailəsinə yazdığı son məktubunu göndərdilər mənə.Məktub necə göndərilibsə,elə də saxladım.Buyurun siz də oxuyun:

Qəhrəmanımız Cavadın yazdığı son məktubu:

"Salam.

Allahın adıyla başladım.

Son danışığım olacaq bəlkə də sizlə.

Gözəl Ailəm. 30 ilə yaxın olar ki şərəfsizlərdə olan torpağlarmız qayıdır.

Anam-atam, qardaşım, bacım və sevdiklərim, qismət olsa, inşallah Şəhid olsam, ağlamayın. Qara bağlamayın. Torpaqlarımızın  alınmasında bu gunlər də yuzlərlə, minlərlə  şəhid düşən əsgər yoldaşlarım,

qardaşlarım üçün dua edin. Sağ qalsam, sizə söz verirəm ki, Ağdamda, Ağdərədə, Füzulidə, Kəlbəcərdə, hər hansısa bir Qarabağ bölgəsində əlaqə saxlayacam.

Artıq durmaq yox, durdurmaq lazımdır. İrəvana kimi qovacıyıq şərəfsizləri.

Qardaşım da inşallah, gəlib Qarbağda xidmət edər. Sakitlik, firəvanlıq, azadlıq tapan Qarabağdan

SİZƏ VƏSİYƏTİM

Həyatınıza davam edin, arxamca ağlamayın. Sevinc göz yaşı tökün,

Şəhid olmaq üçün yox, qisas almaq üçün mübarizə aparacam. Bacım oğlunun adını Polad qoyarsınız. Qardaşmın da toyunda əl qaldırıb oynayın, nənəm də oynasın.

Sizi çox sevirem.

Əsgər oğlunuz Cavad Hüseynov.

Haqqınızı halal edin".

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər