18.05.2025, 10:39
AZ EN
04.09.2023, 16:51 363

Qazimizdən sevindirici xəbər

XƏBƏRLƏR
  • 44 günlük Vətən Müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanan qazi Ağayev Elsevər Sarvan oğlu müalicəsini tamamlayaraq Vətənə qayıdıb. Qeyd edək ki, iki ilə yaxındır qazimizin bütün müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanır.  

Uğurlu müayinə nəticəsində onun ayağının amputasiya təhlükəsi aradan qalxıb. Xoşbəxtlikdən qazimiz əlil arabasında yox, ayaqları üzərində Vətən torpağına ilk addımını atıb.

Mina RƏŞİD

Oxşar xəbərlər