19.09.2024, 06:04
AZ EN
31.08.2023, 08:10 167

Rizvan Əsgərov: "Şəhid Orxan Əsgərovun qızı atasının arzusunu gerçəkləşdirdi"

XƏBƏRLƏR
  • “Orxanın arzusu idi ki, qızı tibb sahəsində təhsil alsın. Çox şükür ki, nəvəm atasının arzusunu gerçəkləşdirdi”.

Bu sözləri Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.

O bildirib ki, nəvəsi həm özünün, həm də atasının arzusunu gerçəkləşdirib:

“Xoş xəbər oldu, çox sevincliyik. Aysu Orxan qızı Əsgərlinin adı da tələbələrin siyahısındadır. O, Türkiyədə Uludağ Universitetinin tibb fakültəsinə qəbul olub. Hətta tam təqaüdlə oxuyacaq. Orxanın da arzusu bu idi".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər