22.11.2024, 09:03
AZ EN
29.08.2023, 15:38 202

“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR
  • “Heydər Əliyev İli” çərçivəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə YAP Nəsimi rayon təşkilatının qərərgahında “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

Tədbirdə Kəlbəcər rayon İH-in başçısı Azər Qocayev, Milli məclisin deputatı Aqil Məmmədov,YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, YAP Veteranlar Şurasının üzvü Zərifə Əliyeva, əməkdar müəllim, şəhid atası Mirsəyyaf Zamanlı, əməkdar müəllim Hüseyn Şahbəndəyev, şair, tədqiqatçı Ələmdar Əmraslanov, rayon ağsaqqalları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Daha sonra Ümumilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada Kəlbəcər rayon İH-in başçısı Azər Qocayev çıxış edərək bildirib ki, XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verərək qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında “ 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Milli məclisin deputatı Aqil Məmmədov qeyd edib ki, Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri, necə deyərlər, imzalar içərisində imzası vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”.

Digər çıxış edən natiqlər vurğulayıblar ki, Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən bariz göstəricisi azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmişin buxovlarından azad olunması, xalqın qan yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə nail olunmasıdır. Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri - ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR