Bunu Laçının Zabux kəndinə geri dönən kənd sakini Elbrus Əsədov deyib.
O qeyd edib ki, kəndimiz bərpa olunub, hər cür şərait yaradılıb. “İndi çox böyük sevinclə kəndimizə qayıdırıq, orada gözəl günlər yaşayacağıq. 30 il öz doğma torpağımıza qayıdacağımızı gözləmişik. Şükür olsun ki, bu gün bizə qismət oldu. Allah Prezidentimiz İlham Əliyevin canın sağ etsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”, - deyə o qeyd edib. (Trend)